Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsi "Fənərbağça"nın qapıçısı Edersona verdiyi 3 oyunluq cəzanı təsdiqləyib.
Sportnet.az-ın qurumun yaydığı məlumata istinadən xəbər verir ki, braziliyalı qolkupet hakimə qarşı təhqiredici ifadələr işlətməsi səbəbindən cəzalandırılıb.
Bununla yanaşı, futbolçuya tətbiq edilən ümumilikdə 480 min lirə məbləğində pul cəzası da qüvvədə saxlanılıb.



















































































