Azərbaycan Premyer Liqasının XXXI turunun son matçı keçirilib.
Sportnet.az xəbər verir ki, "Neftçi" "Şamaxı"nı qonaq edib.
"Palm Sports Arena"da keçirilən görüşdə Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə "Zirə"nin xal itkisindən yararlanaraq qəsəbə təmsilçisi ilə xal fərqini 3-ə çatdıran "ağ-qaralar" 53 xalla 4-cü pillədədir. "Şamaxı" isə 35 xalla 8-cidir.
Qeyd edək ki, XXXI turun əvvəlki görüşlərində "İmişli" evdə "Zirə" ilə 0:0, "Qəbələ" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib. "Kəpəz" səfərdə "Sabah"ı 1:0, "Sumqayıt" evdə "Araz-Naxçıvan"ı 2:1, "Turan Tovuz" isə "Karvan-Yevlax"ı 1:0 hesablı məğlubiyyətə uğradıb.
--------------------------------------------------------------------------------------------------------------------------
Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu Tovuz şəhər stadionunda keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edib.
Baş hakim Əkbər Əhmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.
Bununla da xalını 59-a çatdıran "Turan Tovuz" ən azı 3-cü yeri təmin edib və avrokuboklara vəsiqəni təmin edib.
14 xala malik "Karvan-Yevlax"ın isə sonuncu yeri tutacağı və I Liqaya enəcəyi rəsmiləşib.
--------------------------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXI turunun son 2 görüşü keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyunu Tovuzda olacaq.
Eyniadlı şəhərin "Turan Tovuz" komandası "Karvan-Yevlax"ı qonaq edəcək.
Saat 17:00-da start veriləcək qarşılaşmanı baş hakim Əkbər Əhmədov idarə edəcək.
56 xalı olan Tovuz təmsilçisi 3-cü, 14 xallı yevlaxlılar isə sonuncu - 12-ci pillədədir.
"Karvan-Yevlax" bu görüşdə də xal itirsə, aşağı liqaya düşməsi rəsmiləşəcək.
Tərəflər indiyədək 2 dəfə qarşılaşıb. Hər iki görüş cari mövsümə təsadüf edib. Hər iki oyunda “Turan Tovuz” qələbə qazanıb. “Karvan-Yevlax” səfərdə qol vurmayıb.
Günün ikinci matçı isə "Palm Sports Arena"da baş tutacaq. "Neftçi" "Şamaxı"nı qonaq edəcək. Saat 19:30-da başlayacaq görüşü FIFA referisi Tural Qurbanov idarə edəcək.
50 xalı olan Bakı təmsilçisi 4-cü, 35 xala malik region klubu isə cədvəlin 8-ci pilləsində qərarlaşıb.
Klublar indiyədək 80 dəfə qarşılaşıb. Bunlardan 44-ü "ağ-qaralar"ın, 16-sı "şirlər"in xeyrinə başa çatıbsa, 20 dəfə də heç-heçə qeydə alınıb “Şamaxı” son 12 matçda qələbə qazanmayıb. “Neftçi” son 5 qarşılaşmada qol vurub.
Azərbaycan Premyer Liqası
XXXI tur
10 may (bazar)
17:00. “Turan Tovuz” – “Karvan-Yevlax” - 1:0
Qol: Ayxan Hüseynov, 45+1
Sarı vərəqələr: Roderik Miller, 58 (qeyri-idman hərəkəti); Emmanuel Hakman, 68 (qeyriidman hərəkəti) - Coy Sleyd Mikels, 40 (hakimin qərarına etiraz); Emin Rüstəmov, 52 (qeyri-idman hərəkəti); Tompson Qavi, 90+1 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 4400 tamaşaçı
“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov (19. Roberto Olabe, 72) 11. Ayxan Hüseynov (99. Vadji İbrahima, 81) 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos (8. David Tavareş, 89) 15. Emmanuel Hakman (k) (2. Mark Rene Mampassi, 72) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev 6. Fərid Yusifli
Baş məşqçi: Kurban Berdiyev
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) (42. İbrahim Qədirzadə, 80) 33. Eltun Turabov 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 60) 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli (19. Tompson Qavi, 60) 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 46) 2. Şakil Sno 11. Kayl Spens (8. Peter Kings, 60) 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 77. Əli Abdullayev 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov
19:30. “Neftçi” – “Şamaxı” - 3:0
Qollar: Emin Mahmudov, 1; İmad Faraj, 47; Breno Almeyda, 83
Sarı vərəqələr: Luis Ortis, 10 (qeyri-idman hərəkəti) - Arsen Ağcabəyov, 20 (qeyri-idman hərəkəti); Oruc Məmmədov, 41 (qeyri-idman hərəkəti); Karim Rossi, 64 (hakimin qərarına etiraz); Rodriqo Fernandeş, 90+1 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Palms Sports Arena”, 2100 tamaşaçı
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov (23. Cordan Rezabala, 64) 77. Falaye Sako 6. Sessi Dalmeyda (18. İfeanyi Metyu, 64) 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj (70. Andrey Ştoqrin, 84) 10. Freddi Varqas (19. Ağadadaş Salyanskiy, 75) 22. Luis Ortis (24. Mustafa Sek, 64)
Ehtiyat oyunçular: 13. Kenan Piriç 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 14. Edvin Kuç 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov (88. Rodriqo Fernandeş, 86) 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario (27. Emil Süleymanov, 86) 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 86) 4. Sezar Enrike 8. Alfons Msanqa (7. Edqar Adilxanov, 64)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu
Baş məşqçi: Ayxan Abbasov
Xatırladaq ki, turun əvvəlki oyunlarında "İmişli" evdə "Zirə" ilə 0:0, "Qəbələ" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib. "Kəpəz" səfərdə "Sabah"ı, "Sumqayıt" evdə "Araz-Naxçıvan"ı məğlubiyyətə uğradıb.












































































