
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ı məğlub edərək yoluna davam edən Şotlandiya təmsilçisi "Seltik" İsveçrə "Malmö"sü ilə rəqib olub.
Çempionlar yolu
"Astana" (Qazaxıstan) - APOEL (Kipr)
"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya, Zaqreb)
"Seltik" (Şotlandiya) - "Malmö" (İsveçrə)
"Bazel" (İsveç) - "Makkabi" (İsrail)
BATE (Belarus) - "Partizan" (Serbiya)
Liqa yolu
"Latsio" (İtaliya) - "Bayer" (Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)
"Sportinq" (Portuqaliya) - ÇSKA (Rusiya)
"Rapid" (Avstriya) - "Şaxtyor" (Ukrayna)
"Valensiya" (İspaniya) - "Monako" (Fransa)
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 18 və 19 avqustda keçiriləcək. Cavab görüşləri isə 25 və 26 avqustda baş tutacaq
***12:01
Bu gün futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq.
Komandalar arasında Çempionlar Yolu və Liqa Yolu bölgüsü aparılıb.
Çempionlar Yolu
Səpələnmişlər: "Bazel” (İsveçrə), "Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya).
Səpələnməmişlər: "Partizan” (Serbiya), "Malmö” (İsveç), "Skenderbeu” (Albaniya), "Astana” (Qazaxıstan)
Liqa Yolu
Səpələnmişlər: "Mançester Yunayted” (İngiltərə), "Valensiya” (İspaniya), "Bayer” (Almaniya), "Şaxtyor” (Ukrayna), "Sportinq” (Portuqaliya).
Səpələnməmişlər: MOİK (Rusiya), "Latsio” (İtaliya), "Brügge” (Belçika), "Monako” (Fransa), "Rapid” (Avstriya).
Qeyd edək ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtilə saat 15:00-da başlayacaq.