1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aylton: "Oyundan-oyuna fərq var"
"Çalışdıq ki, qol vuraq, amma alınmadı". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"ə 0:1 hesablı məğlubiyyətlə yekunlaşan Azərbaycan Premyer Liqasının II tur matçından sonra "Neftçi"nin futbolçusu Aylton deyib.
Braziliyalı müdafiəçi məğlubiyyəti azlıqda qalmaları və komandadakı çatışmazlıqlarla əlaqələndirib: "Oyun başlayan kimi komandamız azlıqda qaldı. Buna görə matç ağır keçdi. Çalışdıq ki, "İnter”in hücumlarının qarşısını alaq və qol buraxmayaq. Əsasən rəqibi əks-hücumlarda məyus etmək istəyirdik. Amma rəqib komanda da əlinə düşən imkandan maksimum yararlandı və qol vurdu. Artıq 2-ci oyundur ki, qələbə qazana bilmirik. Komandamızda hər şey qaydasındadır. Sadəcə, oyundan-oyuna fərq var. Əsas məqsədimiz hər oyunda qələbə qazanmaqdır. Çalışacağıq ki, qarşıdakı oyunlarda vəziyyəti yaxşılaşdıraq".