Dünya futbolunun iki ulduz futbolçusu Lionel Messi və Kristiano Ronaldo arasındakı rəqabət futbol mövzusundan kənara sıçrayıb.
Sportnet.az-ın məlumatına görə, İngiltərədə aparılan rəsmi araşdırma nəticəsində məlum olub ki, ingilis ailələr uşaqlarına Messi adından daha çox Ronaldo adı qoyur.
Araşdırmaların nəticəsinə 11 ingilis ailəsinin uşağına Ronaldo, 4-nünü isə Messi adını qoyduğu məlum olub.
Ada mediası bu yolla hansı futbolçunun daha çox sevildiyini öyrənməyin mümükün olduğu mövzusunu qabardaraq araşdırmanın digər ölkələrdə də aparılmasının vacibliyini vurğulayıb.