
Braziliyanın "San Paulo" klubunun qapıçısı Rojerio Seni karyerası ərzində 131-ci qolunu vurub. Sportnet.az məlumatına görə, 42 yaşlı əlcək sahibi buna Braziliya kubokunun 1/8 final mərhələsində keçirilən "Seara" ilə oyunda nail olub.
Qarşılaşmanın 45-ci dəqiqəsində qonaqlar penalti qazanıb. Topun arxasına yaxınlaşan Seni rəqib komandadakı həmkarını məyus etməyi bacarıb. Qarşılaşma "San Paulo"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qol vuran qapıçılar sırasında ikinci pillədə Xose Luis Çilavert gəlir. 10 il bundan əvvəl karyerasını başa vuran çərçivə qoruyucusunun aktivində 62 qol var.