
Azərbaycan Premyer Liqasında IV turun "Sumqayıt”la oyunu öncəsi "Zirə” növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Sportnet.az-ın məlumatına görə, "qartallar” "Bakı” ilə üz-üzə gəliblər.
Baş məşqçi Adil Şükürov ilk "11-lik”də Kamal Bayramov, Sadiq Quliyev, Yovan Krneta, Çimezi Mba, Aleksandr Şemonayev, Viktor İqbekoyi, Tərzin Cahangirov, İqor İvanoviç, Rəşad Abdullayev, Nurlan Novruzov və Nelson Bonilaya şans verib.
Paytaxtın eyniadlı təmsilçisinin start heyətində isə Elxan Əhmədov, Rəvan Kərimov, Elşad Manafov, Tural Adığözəlov, Nicat Əsgərov, Habil Nurəhmədov, Mətin Əbilsoy, Umar Akmurzayev, Kamil Nurəhmədov, Valeh Seyidov, Yusup Hakimov yer alıb.
Oyun "Zirə"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Bütün qollar fasilədən sonra vurulub. Hesabı 58-ci dəqiqədə yenicə meydana girən Luis Albertonun ötürməsindən sonra yeni transfer Nelson Bonila açıb.
Ardından Anar Nəzirov, Ruslan Cəfərov, Eltun Hüseynov, İlqar Hüseynov, Təmkin Xəlilzadə, Vüsal İsgəndərli və Mirkamil Həşimli də mübarizəyə qoşulub. Növbəti bir-birindən gözəl 2 qolu Rəşad Abdullayev vurub. Son dəqiqədə isə kapitanın ötürməsindən sonra müdafiəçiləri geridə qoyan Vüsal İsgəndərli qapıçı ilə təkbətək dueldən də qalib ayrılıb.