1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Futbolpress.az fəaliyyətini bərpa etdi
İyunun 20-dən fəaliyyətini dayandırmış "futbolpress.az” saytı bu gün işini bərpa edib. Bu barədə Sportnet.az-a saytın təsisçisi və baş redaktoru Elçin Cəlilov məlumat verib.
O, saytın ötən müddətdə "offline" olmasının səbəbini belə izah edib: "Biz ölkə mediasının mövcud vəziyyətini bilirik. "FutbolPress” də müstəqil KİV-lər kimi tez-tez müxtəlif çətinliklərlə üzləşir. Onlardan biri də həmişəyaşıl maddiyyat problemidir. Saytı uzun müddət sırf öz maddi imkanlarımla, belə deyək, saxladım. Sonra vəziyyət ağırlaşdı və əməkdaşımızın maaşını verə bilməyincə, məcburən fəaliyyət dayandırıldı. Bir az da öz səhhətimdə yaranan problemlər işi davam etdirməyə imkan vermədi. Şükür ki, indi salamatlıqdır və fikrimcə, sayt fəaliyyətini bərpa eləməlidir. Bunu ən azı, çoxsaylı oxucu marağını nəzərə alaraq, etmək həvəsindəyik. Çalışacağıq ki, bütün çətinliklərə baxmayaraq, 6 illik fəaliyyəti ilə gündəmdə olmuş bu sayt bundan sonra dayanmadan çalışsın. Oxucular yenə operativ xəbər və obyektiv məqalələrimizlə tanış ola biləcəklər”.