AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanmaq məqsədi ilə Zaqatalaya toplanışa yollanan "Rəvan” son yoxlama oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Tiflisdə Gürcüstanın elita təmsilçisi "Saburtalo” ilə qarşılaşan paytaxt klubu rəqibini məğlub edib - 3:0.
Komandanın heyətində Məmməd Quliyev, Tural Qürbətov və baxışda olan Kənan Manafov fərqlənib. Bu matçda yoxlanışda olan Alibobo Raxmatullayev də forma geyinib. Özbəkistan millisinin üzvü barədə yaxın günlərdə yekun qərar veriləcək.
Qeyd edək ki, "Rəvan” ilk yoxlama oyununu Zaqatalada şəhərin eyni adlı təmsilçisinə qarşı keçirmiş və görüş qolsuz bərabərliklə yekunlaşmışdı.