"Fasilədən sonra keçirilən ilk oyunda azarkeşlərimiz bizi dəstəklədilər. Oyuna heç də yaxşı əhval-ruhiyyədə çıxmamışdıq. Məlum səbəblərə görə yeni transferlərimizi oynada bilmədik". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra deyib.
Adrian Skarlatake və Elşən Rzazadənin cəza səbəbindən meydana çıxa bilmədiklərini xatırladan 50 yaşlı mütəxəssis gənc futbolçuların döyüşdüklərini söyləyib: "Çalışacağıq ki, həmin gənclərlə qışa qədər vacib qarşılaşmaları layiqincə keçirək. Heyətimiz çox kasaddır. Hətta əvəzetmələr edə bilmirdim. Düşünürəm ki, vaxt keçdikcə yaxşı olacaq. Hər oyun futbolçunun təcrübəsinin artması deməkdir. Vurğulayım ki, komandanı toplamaqda əziyyət çəkmişdik. Çox istəyirdim ki, həmin o kollektivlə "Qarabağ”a qarşı oynayım. Bax, o zaman "Xəzər Lənkəran”ın necə komanda olduğunu görərdiniz. Təəssüflər olsun ki, belə alındı”.