Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turu iki rekordla əlamətdar olub. Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun 4 qarşılaşmasını ümumilikdə 17 400 tamaşaçı izləyib.
Bu da mövsümün yeni rekordudur. Orta hesabla hər matçı 3 480 azarkeşin izlədiyi həftəyədək ilk turu 14 000, II turu 16 300, ötən turu 13 350 tamaşaçı seyr etmişdi.
Bu rekord "Kəpəz” - AZAL oyunu (1:0) sayəsində mümkün olub. Gəncədəki görüşdə 13 200 azarkeş qeydə alınıb ki, bu da mövsümün rekordudur. II turun "Kəpəz” - "Zirə” matçının rekordu 700 nəfər yaxşılaşdırılıb. Həmin qarşılaşmada 12 500 tamaşaçı qeydə alınmışdı. Mövsümün 3-cü göstəricisi ötən turun "Xəzər Lənkəran” - "Rəvan” matçına məxsusdur - 9 500.