1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Yunis Hüseynov "Neftçi"ni tənqid etdi
"Bilirsiniz ki, "Neftçi" və "Xəzər Lənkəran" arasındakı oyunlar çətin keçir. Oyuna ciddi hazırlaşmışdıq. Skarlatake zədəli olsa da, meydana çıxmışdı". Sportnet.az-ın məlumatına bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının V turunda "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında 50 yaşlı mütəxəssis buraxdıqları səhvlərə diqqət çəkib: "Matçın gedişində səhvlər edirdik. Buna baxmayaraq, vuruşub 1 xal qazandıq. Ola bilər ki, səhv edirəm. Amma mən düşünürəm ki, Skarlatake ikinci sarı vərəqə almazdan öncə topa oynamışdı. Sözsüz ki, bu, mənim fikrimdir. Yəqin ki, epizoda baxıb, qiymət verəcəklər".
Y.Hüseynov eyni zamanda "Neftçi"nin futbolçusu Erik Ramosdan narazılığını dilə gətirib: "Bir məsələyə də toxunmaq istəyirəm. "Neftçi"nin 15 nömrəli oyunçusu Erik Ramos xoşagəlməz hərəkət etdi. Qapıçımız Orxan Sadıqlı zədədən qayıdıb, dizindən əməliyyat olunub. Dizində ağrılar hiss elədi və topu meydançadan çıxardı. Amma Erik topu bizə qaytarmadı. Bu, "Neftçi"yə və peşəkar oyunçuya yaraşan hal deyil. Erik həmişə belə hərəkətlər edib. Fasilə zamanı baş hakim Rəhim Həsənova yaxınlaşıb xahiş elədim ki, Ramosun hərəkətlərinə diqqət yetirsin. Artıq bu oyunu unutmalıyıq. Bizim zədəli oyunçularımız var. Qarşıda isə çətin oyunlar bizi gözləyir".