AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında mübarizə aparan "Rəvan" və "Xəzər Lənkəran" komandalarının baş məşqçiləri cərimələnib. Sportnet.az-ın məlumatına görə, "Rəvan"ın baş məşqçisi Emin Quliyev AZAL məğlubiyyətindən (0:1) sonra mətbuat konfransında iştirak etməyib.
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov isə səfərdə qeydə alınan "Qəbələ" məğlubiyyətindən (0:6) sonra media əhli ilə görüşməyib.
Bu səbəbdən hər iki baş məşqçinin təmsil etdiyi komandalar 1000 manat cərimələnib.