1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən yeni kampaniya: Forma al, Dortmunda get
"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Almaniya "Borussiya"sı (Dortmund) ilə keçiriləcək qarşılaşmadan öncə yeni kampaniyaya start verib. Klubun marketinq üzrə meneceri Səməd Nəsibovun Sportnet.az-a verdiyi məlumata görə, "qırmızı-qaralar"ın formasını alan şəxslər Bakıda keçiriləcək qarşılaşmaya biletləri endirimlə əldə edə biləcəklər.
Bundan başqa həmin alıcılardan 3-ü Dortmundda keçiriləcək cavab görüşünü canlı izləmək şansı qazanacaq. Forma və endirimli qiymətə bilet alanlar arasında müsabiqə keçiriləcək. Müsabiqənin qalibləri "Qəbələ"ni Almaniyada dəstəkləmək hüququ, klubun forma sponsoru "Sarar"dan kostyum və futbolçuların imzaladığı forma əldə edəcəklər.
Formaları "Go Sport" İdman Malları Mağazasında satılır. S.Nəsibov bildirib ki, oyundan 20, 21 və 22 oktyabrda şəhərin müxtəlif yerlərində səyyar satışlar da həyata keçiriləcək.
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" qarşılaşması oktyabrın 22-də keçiriləcək. Komandalar "Bakcell Arena"da üz-üzə gələcək.