"Özümü boşluqda hiss edirəm. Həm fiziki, həm də mənəvi baxımdan boşluqdayam". Sportnet.az-ın məlumatına görə, bunu Hollandiya millisinin üzvü Uesli Sneyder deyib.
AVRO-2016-nın seçmə mərhələsinin son oyununda evdə Çexiyaya məğlub olaraq (2:3) Fransada keçiriləcək finala vəsiqəni əldən verən "narıncılar"ın üzvü nəticəni belə şərh edib: "Qələbə qazanmalı olduğunuz bir oyun var və onun əlinizdən sürüşüb getməsinə icazə verirsiniz. Çexlərin imkanı az oldu, ancaq intizamlı çıxış etdilər. Səhvlərə yol verdik və hesab 3:. Zaten sonra 0-3 olduğunda artıq hər şey bitmişdi".
31 yaşlı yarımmüdafiəçi milli komanda karyerasını başa vurmaqdan da söz açıb: "Mən özümü yaxşı hiss edirəm. Milli komandadan getməyi düşünmürəm. Baş məşqçi məni seçərsə, böyük istəklə gələrəm".