1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AVRO-2016-nın ən yaxşıları açıqlandı
UEFA AVRO-2016-nın seçmə qrup mərhələsinin ən yaxşı futbolçularını və yadda qalan hadisələrini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, mərhələnin ən yaxşı fotosu Türkiyənin İslandiya ilə oyundan (1:0) sonra Arda Turanın yerdə ağlayan zaman çəkilən şəkli olub.
Ən yaxşı futbolçu adına seçmə mərhələni 13 qolla yekunlaşdıran Robert Levandovski sahib çıxıb. Ən yaxşı komanda adı Albaniya yığmasına verilib. Albaniya millisi Portuqaliya, Danimarka və Serbiya kimi komandaların yer aldığı qrupda ikinci olub. Ən yaxşı qol Almaniyanın heyətində top qovan İlkay Gündoğanın Şotlandiyanın qapısına vurduğu top olub. Həmin oyunda almanlar 3:2 hesablı qələbə qazanıb.
Seçmə mərhələnin rekordu isə San Marinoya məxsusdur. Uzun illərdir xal qazana bilməyən yığma komanda yer aldığı E qrupunda Estoniya ilə bərabərlikdən (0:0) bir xal qazanıb.