1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Eyyubov: "Bu haqda danışmaq istəmirəm"
"Lənkəran klubuna qarşı oyunumuz ağır olacaq. Rəqib yaxşı komandadır. Sonuncu çempionat oyununda bunu bir daha göstərdilər”. Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Rəşad Eyyubov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turunda Gəncədə komandasının "Xəzər Lənkəran"la qarşılaşacağı oyunla bağlı fikirlərini bölüşüb: "Oyuna hazırlığımız davam edir, ümid edirəm ki, arzuladığımız nəticəni əldə edəcəyik. Rəqibimizin heyətində istedadlı gənclərlə yanaşı, təcrübəli, tanınmış futbolçular da var. Onlardan Rahid Əmirquliyev, Rasim Ramaldanov, Adrian Skarlatakenin adını çəkmək olar. Maraqlı oyun gözlənilir. Onların üstün və ya zəif cəhəti haqda danışmaq istəmirəm. Çünki baş məşqçimiz bunları bizdən daha yaxşı bilir. Oyundan öncə buna da uyğun tapşırıqlarını verəcək”. ".
"Xəzər Lənkəran" Rəşad Eyyubova daha yaxından tanış komandadır. Belə ki, mövsümlərarası fasilədə orta xətt oyunçusu cənub klubuna transfer edilib. Amma o, Lənkəran təmsilçisinə FİFA tərəfindən qoyulan transfer qadağası səbəbindən debüt etmədən klubdan ayrılmalı olub. Nəticədə Eyyubov "Kəpəz"lə razılaşıb.