1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Eyyubov “Xəzər Lənkəran”la oyunu dəyərləndirdi
"Lənkəran klubuna qarşı oyunumuz ağır olacaq. Rəqib yaxşı komandadır.Sonuncu çempionat oyununda bunu bir daha göstərdilər”. Bu sözləri "Kəpəz”in futbolçusu Rəşad Eyyubov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
23 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 24-də "Xəzər Lənkəran”la keçirəcəkləri ev oyunu ilə bağlı fikirlərini bölüşüb: "Oyuna hazırlığımız davam edir, ümid edirəm ki, arzuladığımız nəticəni əldə edəcəyik. Rəqibimizin heyətində istedadlı gənclərlə yanaşı, təcrübəli, tanınmış futbolçular da var. Onlardan Rahid Əmirquliyev, Rasim Ramaldanov, Adrian Skarlatakenin adını çəkmək olar. Maraqlı oyun gözlənilir”.
"Xəzər Lənkəran” Eyyubova daha yaxından tanış komandadır. Mövsümlərarası fasilə dövründə orta xətt oyunçusu cənub klubuna transfer edilsə də, məlum transfer qadağası ilə əlaqədar debüt etmədən klubla vidalaşmalı olub. Son nəticədə isə Eyyubov "Kəpəz”ə keçib: "Onların üstün və ya zəif cəhəti haqda danışmaq istəmirəm. Çünki baş məşqçimiz bunları bizdən daha yaxşı bilir. Oyundan öncə buna da uyğun tapşırıqlarını verəcək”.
Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Kəpəz" - "Xəzər Lənkəran" matçı saat 15:00-da başlanacaq.