Azərbaycan Premyer Liqasının XII turunda "Rəvan"ı qəbul edəcək "Neftçi" 2 futbolçunun xidmətindən yararlana bilməyəcək. Sportnet.az-ın məlumatına görə, komandanın qapıçısı Aqil Məmmədov və müdafiəçi Ailton sarı vərəqə limitini doldurduğu üçün oyunu tribunadan izləməli olacaq.
Ancaq Samir Əliyev Erik Ramosun xidmətində yararlana biləcək. Cəza səbəbindən bir neçə tur komandaya kömək edə bilməyən braziliyalı bu tur böyük ehtimalla "Bakcell Arena"da meydana çıxacaq. Zədəli Araz Abdullayev isə artıq zədəsini sağaltmaq üzrədir. Komandayla məşqlərdə iştirak edən Abdullayevin "Rəvan"a qarşı forma geyinib-geyinməyəcəyi bilinmir.
Qeyd edək ki, "Neftçi" - "Rəvan" oyunu noyabrın 8-də keçiriləcək.