
Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində AZAL-ın qonağı olacaq "Kəpəz" bugündən məşqlərə başlayıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” ilə səfər matçının ertəsi bərpaedici prosesdən sonra futbolçulara bir günlük istirahət verən məşqçilər korpusu komandanı yenidən bir araya yığıb.
"Sarı-göylər" qarşıdakı görüşün hazırlığına Bakıda, "Dalğa Arena"da start veriblər. Komandanın sabahkı məşqi də eyni məkanda olacaq. "Kəpəz" oyun öncəsi son məşqini isə noyabrın 6-da qarşılaşmanın baş tutacağı "AZAL Arena"da keçirəcək.
Qeyd edək ki, AZAL – "Kəpəz" oyunu noyabrın 7-də saat 16:30-da başlayacaq.







































































