Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" bir günlük istirahətin ardından yenidən məşqlərini bərpa edib. Sportnet.az-ın məlumatına görə, bu gün "Kapitan Bank Arena"da səhər məşqinə çıxan komanda daha çox toplu çalışmalara üstünlük verib.
Zədəli olduğu üçün müdafiəçi Bəxtiyar Həsənalızadə fərdi məşqlərlə kifayətlənib. "Sumqayıt" oyunöncəsi sabah doğma arenada son məşqinə çıxacaq.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu noyabrın 7-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşma saat 18:30-da start götürəcək. Oyun CBC Sport kanalı ilə canlı yayımlanacaq.