Bu gün "Neftçi"yə Ukrayna Futbol Federasiyasından məktub daxil olub. Sportnet.az-ın məlumatına görə, məktubda bildirilib ki, komandanın baş məşqçisi Samir Əliyev 4 noyabr tarixində Ukraynada baş tutmuş dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına cəlb edilib.
Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında təşkil olunacaq.
Qeyd edək ki, AFFA tərəfindən növbəti "Pro" kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağı səbəbindən Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.