"Çətin oyun oldu. Şansımız olmadı ki, qol vuraq. Kimin şansı var idisə, o da qol vurdu". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Derlis Meza Kolli Almaniyanın "Borussiya" (Dortmund) komandasına 0:4 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.
O bildirib ki, Bakıdakı ilk oyunda komandasının yetərincə şansları olsa da, qalib gələ bilməyib: "Belə oyunla 4 qol buraxmağımız normal idi. Azarkeşlərin çox olması oyunumuza təsir etmedi".