1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bir oyuna başlarını qaldırmasınlar"
"Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. "Qarabağ”a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım". Sportnet.az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra deyib.
50 yaşlı mütəxəxəssisin fikrincə, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər: "Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik. Gənc futbolçulardan narazı deyiləm. Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, 1 oyun yaxşı oynayan kimi başlarını qaldırmasınlar".