
Azərbaycan Premyer Liqasının növbəti turunda doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda milli komandaların oyunları səbəbindən yaranmış fasilə zamanı yoxlama matçı keçirəcək.
"Gənclik şəhəri" I divizion təmsilçisi "Bakı" ilə üz-üzə gələcək. Həmin qarşılaşma noyabrın 14-də "Kapital Bank Arena"da baş tutacaq. Oyun saat 18:00-da start götürəcək.







































































