
"Kəpəz" milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edərək AZAL-la yoxlama görüşü keçirib. Sportnet.az-ın məlumatına görə, matç rəqibin minimal hesablı qələbəsi ilə sona çatıb – 1:0.
"Kəpəz"in iki futbolçusu əsas millinin, bir üzvü U-21-in tərkibində, 3 oyunçusu isə zədəli olduğundan komanda əsas heyətlə mübarizə apara bilməyib. Baş məşqçi Şahin Diniyev əsasən ehtiyatda oturan futbolçulara oynamaq imkanı yaradıb.
Qeyd edək ki, tərəflər noyabrın 7-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində üz-üzə gəlib və oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.








































































