"Xal ehtiyatımız az olduğundan, hər bir oyuna qələbə üçün çıxırıq". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov deyib.
Azərbaycan Premyer Liqasının XIII turunda evdə "Qəbələ" ilə qeydə alınan 2:2 hesablı oyunu belə şərh edib: "Təəssüf ki, bir xal qazanmadıq, 2 xal itirdik. Belə bir oyunda qapımızda qollar gördük. Cəmil Hacıyevin səhvi mənim səhvimdir. Hər birimiz ona dəstək olduq. Hər oyunda çoxlu qol imkanı yaradırıq. Qarşıdakı matçlarda imkanlarımızdan daha çox yararlanmağa çalışacağıq".