1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Abdullayev "Neftçi"nin tarixinə düşdü
Azərbaycan Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran"la səfər oyunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin bu postdakı debütü ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, futbolçu kimi çıxış etdiyi klubun "sükanı arxasında" ilk matçda 2:0 hesablı qələbəyə şahid olan 55 yaşlı mütəxəssis Azərbaycan çempionatları tarixində "ağ-qaralar"ın 21-ci baş məşqçisi olub.
1992-ci ildən Lənkərandakı matçadək 20 mütəxəssis "Neftçi"ni çempionat oyununa çıxarıb. Bu görüşlərdə paytaxt təmsilçisinin rekordçusu Kazbek Tuayevdi – 132 oyun.
Abdullayev Azərbaycan çempionatlarında həm futbolçu, həm baş məşqçi kimi "Neftçi"nin şərəfini qoruyanların sayını 5-ə çatdırıb. Onadək Qurban Qurbanov, Arif Əsədov, Tərlan Əhmədov və Samir Əliyev də hər iki ampluada "ağ-qaralar"ın sıralarında olub.
Debütü "Böyük oyun"a təsadüf edən Abdullayev "Neftçi"ni "Xəzər Lənkəran"la oyuna çıxaran 13-cü baş məşqçidir. Bütün turnirlərdəki "Böyük oyun"larda son matçadək hər komandaya 12 mütəxəssis rəhbərlik edib. Ağasəlim Mircavadov hər iki komandada çalışdığından Abdullayev prinsipial rəqiblərin görüşlərində ümumilikdə 24-cü baş məşqçi olub. "Böyük oyun"larda məhz Mircavadov hamıdan çox – 13 qarşılaşmada iştirak edib.