
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Yunanıstanın PAOK klubu futbolçusu Dimitris Konstantinidislə müqavilə müddətini artırıb. Sportnet.az-ın klub saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı müdafiəçi 2019-cu ilə qədər Saloniki təmsilçisinin heyətində çıxış edəcək.
D.Konstantinidis PAOK-un ilk rəsmi 2012-ci ilin avqustunda "Pantrakikos"a qaşrı keçirib.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsinin V turunda "Qəbələ" səfərdə PAOK-la qarşılaşacaq. Noyabrın 26-da Saloniki şəhərindəki "Tumba" stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 00:05-də səslənəcək.











































































