Dünən Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" doğma meydanda Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubuna 0:2 hesabı ilə məğlub oldu. Sportnet.az-ın məlumatına görə, Dorinel Muntyanunun başçılıq etdiyi komandanın maraqlı statistikası nəzərə çarpır.
Çərçivədən kənara 4 zərbə endirən "qırmızı-qaralar" Antonio Soldonun qoruduğu çərçivəyə 1 dəfə də olsun top vura bilməyib. "Qəbələ" yalnız künc zərbələri və oyundan kənar vəziyyətlərdə rəqibini üstələməyə nail olub.