1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədovdan Samir Abasova məsləhət
"Oyunun ağır keçəcəyini hiss edirdik, amma qələbə üçün oynamalı idik. "İnter"ə məğlubiyyətdən sonra futbolçulara demişdim ki, bütün günahlarınızı qələbə ilə yumalısınız". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Sumqayıt"la keçirilmiş oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Təcrübəli mütəxəssis 2:0 hesablı qələbəni belə şərh edib: "Qələbəyə, mübarizəyə görə futbolçulara təşəkkür edirəm. Açığı, oyunboyu səhvsiz mübarizə apardıq. Sadəcə, hücumda bir qədər problemlərimiz var. Qarşıda bizi çətin oyunlar gözləyir, zədəlilərimiz var. Həmişə demişəm ki, futbol aqressiv oyundu. Amma mən heç vaxt rəqib futbolçuların nə etdiyinə diqqət eləməmişəm. Məşqçi olan şəxs rəqibin futbolçusuna qarşı aqressiv ola bilməz. "Sumqayıt"ın baş məşqçisi Samir Abasova da məsləhətim odur ki, gələcəkdə rəqib futbolçulara hörmətlə yanaşsın".