1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" rəsmisi: "Mahnı çalıb-oynayası deyil ki..."
"Qəbələ" klubu Azərbaycan Premyer Liqası uğursuzluq zolağına düşmələrinin səbəbini araşdırır. Klub meneceri Səbuhi Səfiyarlı Sportnet.az-a bildirib ki, futbolçularla bu barədə söhbət aparılmasına baxmayaraq, ortada konkret problem yoxdur.
Onun sözlərinə görə, bununla bağlı klubun vitse-prezidenti Fariz Nəcəfovla da görüş olub: "Müəyyən problemlər mvar və inanırıq ki, bunlar düzələcək. Komandada qruplaşma, maliyyə problemləri olduğu deyilir. Uğursuzluq olduğu zaman hərə bir söz deyir. Komanda uduzursa, bu cür söhbətlərin olması təbiidir. Ola bilər ki, bəzi oyunlarda bəxtimiz gətirmir, ən adi epizodda futbolçularımız zədələnir və ya oyunumuz alınmır".
Klub rəsmisi yerli futbolçuların əksəriyyətinin əvəzetmedən oyuna daxil olmasını və bunu narazılıqla qarşılamalarını normal hesab etdiyini deyib: "Oyunçulara şans verilir. Hər kəsə izah olunur ki, hansı səbəblərdən oynamır və nə çatmır. "Qəbələ" qələbə qazansa idi, indi biz başqa şeylərdən danışırdıq. "Çelsi"nin oyununda ehtiyatda oturan bir futbolçu 3-cü əvəzetmədən sonra meydana daxil olmayacağını bilir və nakitkasını yerə çırparaq Joze Mourinyoya etiraz edir. Jurnalistlər Mourinyoya bu məsələni sual verəndə o bildirib ki, futbolçunun hərəkəti təbiidir. Hər halda həmin anda mahnı çalıb-oynayası deyil ki...".