
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən "Xəzər Lənkəran" - "Kəpəz" (1:0) oyunundan sonra Gəncə klubunun futbolçularına bir günlük istirahət verilib. Sportnet.az-ın məlumatına görə, komanda Azərbaycan Premyer Liqasının XV turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarına sabah start verəcək.
Şahin Dİniye komandanın saat 11:00-da "Dalğa Arena"da məşqə çıxaracaq.
"Sumqayıt"la səfərdə görüşəcək Gəncə təmsilçisi dekabrın 5-i və 6-sı tarixlərində də hazırlıq prosesini adı çəkilən stadionda keçirəcək. Rəqibin ev oyunlarının keçirdiyi "Kapital Bank Arena"nın da ot örtüyü "Dalğa Arena" kimi süni olduğundan məşqçilər korpusu oyun öncəsi son məşq üçün Sumqayıta yollanmağı lazım bilməyib.
Qeyd edək ki, dekabrın 7-də keçiriləcək "Sumqayıt" – "Kəpəz" oyunu saat 17:00-da başlayacaq.







































































