
"Gözləmirdim ki, "Xəzər Lənkəran” zəif oynasın. "Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə 1:0 hesablı qələbə qazandıqları Azərbaycan Premyer Liqasının XV tur matçında sonra deyib.
Ukraynalı mütəxəssis uzun müddətdən sonra çempionatda qalib gəlmələrinə diqqət çəkib: "Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq. Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik”.








































































