
"Qəbələ"nin Avropa Liqasındakı rəqibi "Krasnodar"ın futbolçusu Fyodor Smolov noyabrın ən yaxşı futbolçusu seçilib. Sportnet.az-ın məlumatına görə, Smolov "çempionat.com"un keçirdiyi sorğuda bütün rəqiblərini qabaqlayıb.
4 turda 3 qol vuran hücumçu 27 xal toplayıb. Qiymətləndirmə 10 ballıq sistemlə aparılıb.
Qeyd edək ki, Fyodor Smolov "Krasnodar"la bu ilin yayında 4 illik müqavilə imzalayıb.











































































