AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın XV turunda evdə "Kəpəz"lə keçirilmiş oyundan sonra meydan sahibləri azarkeşlər meydançaya kənar əşyalar atıb.
Nəticədə Komitə Sumqayıtın eyniadlı təmsilçisini 2000 manat cərimələyib. Bundan başqa hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 1000 manat ziyana düşüb.
Eyni turda keçirilmiş "Neftçi" – "Zirə" və "Rəvan" – AZAL matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubları 1000 manat cərimə olunub.