Ukraynalı futbol hakimi Aleksandr Şost ölkə çempionatından kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, buna Şostun ölkənin şərqindəki separatçı Luqansk Xalq Respublikası (LNR) çempionatının oyunlarını idarə etməsi səbəb olub.
Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov bildirib ki, referi əvvəlcə bu faktı inkar etməyə çalışıb. Hətta o, and-aman da edib. Lakin bir müddət sonra belə bir halın mövcudluğu sənədlərlə təsdiqlənib. "Artıq Şostun cəzalandırılması qaçılmazdır" deyə federasiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, LNR Rusiyameylli qüvvələrin işğal etdiyi Ukraynanın şərqində yaradılıb.