
Azərbaycan Premyer Liqasının XV turunda "Rəvan"la səfərdə keçirilmiş oyundan (0:0) sonra birgünlük istirahətə buraxılan AZAL bu gün məşləri bərpa edib. Sportnet.az-ın məlumatına görə, XVI turda "Xəzər-Lənkəran"ı qəbul edəcək Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda hazırlıqlarını oyunun keçiriləcəyi "AZAL Arena"da davam etdirir.
Bu gün saat 11:00-da keçirilən məşqdə zədəli Aleksandr Quruli ilə Qvanzav Maqomedov iştirak etməyib.
Qeyd edək ki, onların lənkəranlılılarla oyunda meydançaya çıxmayacagı dəqiqləşib. Hər iki futbolçu ən azı bir həftə həkim nəzarətində müalicə olunacaq.








































































