
İspaniyanın "Barselona" klubunun futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsində son turun Almaniya "Bayer"i ilə qarşılaşmasını buraxmalı olacaq. Sportnet.az-ın məlumatına görə, braziliyalı hücumçu son məşqdə əzələsindən yüngül zədə alıb.
23 yaşlı forvard komandasının dekabrın 12-də La Liqada "Deportivo"ya qarşı keçirəcəyi XV tur matçına çıxa biləcək.
Qeyd edək ki, bu gün baş tutacaq "Bayer" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Artıq Kataloniya komandası "pley-off"a vəsiqəni təmin edib.







































































