
"Kəpəz”in Azərbaycan çempionatları tarixində 300-cü səfər qolunun müəllifi Tural Axundov tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, Gəncə komandasının kapitanı Premyer Liqanın XV turunun "Sumqayıt”la səfər qarşılaşmasının 90+5-ci dəqiqəsində penalti ilə hesabı bərabərləşdirib - 2:2.
Bununla da, "sarı-göylər” Azərbaycan çempionatlarında səfərdə 300 və daha çox qol vuran 3-cü komanda olub. Axundov tarixə düşməsi haqda "kapazpfc.az"a açıqlama verib: "Əvvəlcə deyim ki, qolumu azarkeşlərimizə həsr edirəm. Arzu edirəm ki, qollarımızın davamı gəlsin və sayı artıraq. İnşallah, bu da olacaq. "Kəpəz”in tarixinə düşdüyüm üçün sevinirəm. Tarixi olan klubun tarixi qolunu vurmaq fəxrdir”.