Avropa Liqasının 1/16 final mərhələsində üz-üzə gələcək Türkiyənin "Fənərbağça" və Rusiyanın "Lokomotiv" komandalarının ilk oyununun vaxtını dəyişdirib. Sportnet.az-ın məlumatına görə, İstanbulda keçiriləcək ilk qarşılaşma fevralın 16-na təyin olunub.
Buna səbəb fevralın 18-də "Qalatasaray"ın da İstanbulda İtaliya "Latsio"su ilə qarşılaşmasıdır. Eyni şəhərdə və eyni gündə iki oyunun keçirilməməsi üçün Avropa futbol qurumu "Fənərbağça"nın oyununun vaxtını 2 gün əvvələ dəyişdirib.
Bundan başqa, UEFA-nın mətbuat xidmətindən bildirilib ki, son günlər Rusiya və Türkiyə arasında yaşanan gərgin münasibət səbəbindən cütlüyün oyunu təxirə salınmayacaq və hər bir komanda ev oyununu öz şəhərində keçirəcək.
Qeyd edək ki, cavab görüşü fevralın 25-də Rusiyanın Moskva şəhərində baş tutacaq.