"Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan Premyer Liqasının XVIII turunun sabah keçiriləcək "Qarabağ”la oyunundan sonra "qırmızı-qaralar” istirahətə buraxılacaq.
2016-cı il yanvarın 10-da bir araya gələcək komandamız təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. "Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. Roman Qriqorçukun yetirmələri yanvarın 10-dan 27-dək qonşu ölkədə hazırlıq keçəcək. Komanda hazırlıq müddətində Belek bölgəsində "Gloria Sereniti” otelində məskunlaşacaq.
"Qırmızı-qaralar”ın toplanış zamanı 4 yoxlama oyununa çıxması planlaşdırılıb. Bu qarşılaşmalar ayın 16-da, 20-də, 23-də və 24-də baş tutacaq. Artıq bu matçlardan birindəki sınaqçı rəqib dəqiqləşib. "Qəbələ” yanvarın 20-də keçirəcəyi ikinci yoxlama oyununda İsveçrənin "Sürix” klubu ilə üz-üzə gələcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |