
Qış fasiləsinə ilk pillədə yollanan "Qarabağ” bir futbolçu ilə yolları ayırıb. Sportnet.az "qol.az"a istinadən xəbər verir ki, mövsümün əvvəlində Ağdam klubuna transfer olunan Vladimir Dmitroviskinin başa çatan müqaviləsi yenilənməyib.
Baş məşqçi Qurban Qurbanov makedoniyalı müdafiəçinin xidmətinə ehtiyac duymayıb. Klubun mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, bu yay "Qarabağ”a transfer olunan Dmitroviski cəmi üç rəsmi oyunda iştirak edib.








































































