1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tarixi derbi 8-ci oldu
"Kəpəz" – "Neftçi" duellərində 100-cü qol vurulub. Sportnet.az-ın məlumatına görə, 41-ci dəfə qarşılaşan komandaların Gəncədəki duelində (1:1) bakılıların bərabərlik qolunu vuran Cavid İmamverdiyev bu yubiley qolunun müəllifi olub.
Ümumi top fərqində "Neftçi" 63:37 hesabı ilə öndədir. Bu da komandanın daha çox – 19 qələbə qazanıb, 15 dəfə uduzması ilə bağlıdır. Rəqiblər 7-ci dəfə heç-heçə edib.
Bunadək ölkə çempionatlarında 7 cütdə 100 və daha çox qol vurulub. Rekord isə "Qarabağ" – "Bakı" matçlarına təsadüf edir - 123 qol (69-54). "Qarabağ" – "Neftçi" oyunlarında 119 (60-59), "Turan" – "Kəpəz" duellərində 112 (56-56), "Neftçi" – "Bakı" matçlarında 111 (70-41) qol qeydə alınıb. "Neftçi" – "İnter" oyunlarında 108 (62-46), "Neftçi" – "Turan" matçlarında 104 (69-35), "Kəpəz" – "Qarabağ" görüşlərində 101 (51-50) qol vurulub.