1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fikrət Hüseynov: "Seçilməyim gözlənilməz oldu"
"Bütün üzvlərə təşəkkürümü bildirdim. Bir il müddətində Klublar Komitəsi yaranıb və bu müddətdə böyük işlər görülüb. Tuyqun Nadirov başda olmaqla, biz hər yığıncaqda xeyli mövzulara toxunmuşduq". Sportnet.az-ın məlumatına görə, AFFA Klublar Komitəsinin yeni sədri və AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov deyib.
Təyinatla bağlı danışan F.Hüseynov bunları bildirib: "Elə mövzular vardı ki, biz onları İcraiyyə Komitəsinə təqdim etmişik və həyata keçib. Artıq ikinci ilə keçmişik. Biz bir ailə kimi davam etməliyik. İnanıram ki, bu işi yaxşı şəkildə davam etdirəcəyik".
Komitə üzvləri arasında 9 səsdən 6-sını toplayan AZAL rəsmisi öz namizədinin də adını açıqlayıb: "Sumqayıt" klubuna səs vermişdim və mənə elə gəlir ki, seçilməyim gözlənilməz oldu".
Junalistlərin "Tuyqun Nadirov Komitəyə sədrlik edəndən "Xəzər Lənkəran"ın vəziyyəti pisləşdi. Bu baxımdan, sizin rəhbərlik etdiyiniz dövrdə AZAL-da işlərin yaxşı getməyəcəyindən qorxmursunuz sualını yeni sədr belə cavablandırıb: "Mənə elə gəlir ki, bu məsələnin sədrliklə əlaqəsi yoxdur. Bu futboldur, komanda, baş məşqçi və strategiya bəllidir. İş düzgün qurulandan sonra problem olmur".
Vitse-prezident növbəti iclaslarda qabardlacaq məsələlərdən də söz açıb: "Ümumi problemlər çoxdur və bu da futboldan yan keə bilməz. Çalışacağıq ki, problemləri həll edək. Komitə qanunverici orqan deyil, sadəcə tövsiyyə xarakterlidir. Qərar qəbul edib İcraiyyə Komitəsinə təqdim edəcəyik. İclasdan öncə klublara mövzu barədə məlumatlar veriləcək".
AZAL rəsmisi çalışdığı klubun devalvasiyada üzləşdiyi vəziyyətdən danışıb: "Elə bir klub yoxdur ki, devalvasiya ondan yan keçməsin. Mövsümün əvvəlində komandanı cavanlaşdırdıq, maliyyəni azaltdıq. Bu səbəbdən düşünürəm ki, AZAL maliyyə baxımından böyük zərbə almayacaq".