
Bakının "İnter" klubu daha 4 futbolçusu ilə yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, ilk olaraq komandanı tərk edən Abdulla Abatsiyevin ardından 4 legioner "bankirlər"lə vidalaşıb.
Bunlar İvan Benites, Xuan Fransisko, Emilian Vila və Stepan Polyakdır. Klubdan bildirilib ki, qapıçı Səlahət Ağayevlə isə danışıqlar davam edir. Tərəflər ortaq məxrəcə gələcəyi təqdirdə Ağayevlə müqavilə müddəti artırılacaq.







































































