1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha bir klub Antalyaya gedir
Azərbaycan Premyer Liqasında qış fasiləsinə 3-cü yerdə çıxan "Zirə”nin hazırlıq planı məlum olub. Sportnet.az-ın məlumatına görə, komanda üzvləri yanvarın 5-də Bakıda bir araya gələcəklər.
4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək "Zirə" təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya bölgəsində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq. Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Antalyada "Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.