
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması turnirin təşkil olunacağı Sankt-Peterburq şəhərinə gəlib. Sportnet.az-ın məlumatına görə, yığmamız "Zenit” İdman Oyunları Sarayında ilk məşqinə çıxıb.
Təbriz Həsənovun komandası turnir çərçivəsində ilk oyununu yanvarın 4-də, Bakı vaxtı ilə saat 15:15-də, "Peterburqski” İdman-Konsert Kompleksində Latviyanın U-19 komandasına qarşı keçirəcək.