Azərbaycan Premyer Liqasının XXXIII turunda keçiriləcək oyunlara təyinatlar açıqlanıb.
Sportnet.az xəbər verir ki, AFFA Hakimlər Komitəsi qarşılaşmalara dörd FIFA referisindən heç birini baş hakim kimi göndərməyib.
Elçin Məsiyev, Kamal Umudlu və Tural Qurbanov ayrı-ayrı matçlarda VAR hakimi funksiyasını yerinə yetirəcək. Əliyar Ağayev isə ümumiyyətlə Premyer Liqanın son matçlarında iş başında olmayacaq.
Bu gün keçiriləcək turun açılış oyunu isə son zamanlar yüksəlişdə olan baş hakim Kamranbəy Rəhimova tapşırılıb.
21 may
18:30. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu
22 may
17:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bank Respublika Arena”
19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
23 may
15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
“SOCAR Polymer Arena”
24 may
16:00. “İmişli” – “Karvan-Yevlax”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
Quba OİK.