"Turnirdə ilk oyunumuz olduğu üçün komandada müəyyən qədər həyəcan var idi". Sportnet.az-ın məlumatına görə, bunu Latviyanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Aleksandr Basov FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün Azərbaycanın U-17 millisi ilə keçirdikləri oyundan sonra deyib.
Basovun fikrincə, oyun bərabər səviyyədə olub: "Lakin qarşılaşmanın sonunda Azərbaycan yığması qələbə qolunu vura bilərdi. Qol buraxmağımızı nəzərə almasaq, ümumilikdə komandamdan razı qaldım”.
Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.